AF Mall,2-ci mərtəbə |0507252026
Pərvin Yusifov
Layihə Meneceri / Nova Digital Solutions
Matrix profesionallığı və çalışqanlığı sayəsində İT sektorunda uğurlu bir ad qazanıb.Hazırda da Matrix-in məzunlarından şirkətimizdə karyera fəaliyyətinə yeni başlayan əməkdaşlar var. Matrix təlim mərkəzinə və tələbələrinə gələcək fəaliyyətində uğurlar arzu edirəm!
Cavid Məmmədov
Qurucu,Rəhbər/Sumaks Technologles MMC
Matrix ilə uzun müddətdir ki uğurlu əməkdaşlıq çərçivəsində işləyirik.Matrix tələbələri üçün elan etdiyimiz təcrübə proqramlarından kifayət qədər uğurlu
proqramçılar və komanda yoldaşları əldə etmişik.Bundan sonra da bu əməkdaşlığa davam edəcəyik.
Camal Ağayev
Qurucu ortaq, Rəhbər / Teching
Matrix ilə bizim əməkdaşlığımız proqamlaşdırma sahəsində praktiki biliklərin
tətbiqinə əsaslanmışdır. Şirkətimizdə təşkil etdiyimiz təcrübə proqramlarında
ən aktiv iştirakçıların Matrix tələbələri olduğunu məmnunluq hissi ilə deyə bilərəm.
Matrix-İT sektorunda təcrübəli mütəxəssislər yetişdirən tədris mərkəzidir.Bugünədək yüzlərlə gəncə təhsil vermiş və onların uğurlarının bir parçası olmağı bacarmışıq.Məqsədimiz Matrix adının da ifadə etdiyi məna kimi tələbələrimizin "İnkişaf edən mühit" də addımlayaraq,İT sektoru üçün savadlı kadr kimi formalaşmasını təmin etmək və bu istiqamətdə təcrübəli mütəxəssislər yetişdirməkdir.Matrix Təlim Mərkəzində təhsilini uğurla başa vuran hər bir tələbə sertifikatla təmin edilir.
İT sektoru üzrə peşəkar təcrübə və tədris metodikasına malik müəllim kollektivimiz tədris prosesi ərzində tələbələrimizə mentorluq etməklə ,bu sahədə düzgün istiqamətdə irəliləmələri üçün çalışır.
İTsektorunda karyera qurmaq üçün hansı istiqamətlə başlamaq lazım olduğunu bilməyən gənclərimiz üçün ödənişsiz şəkildə məsləhət alaraq doğru addımı ala bilmələri üçün konsultasiya günləri təyin edirik.
20-dən artıq texnologiya şirkəti və startup ilə partnyorluq əlaqəmizin olması tədris periodu ərzində inkişafetmə performansı ilə fərqlənən tələbələrimizi əməkdaşlıq etdiyimiz şirkətlərə təcrübəçi və ya işçi kimi yönləndirməyimizi təmin edir.
Təlim mərkəzimizdə tədris olunan təlimlər sahələrindən asılı olarq minimum 2 maksumum 6 ayı əhatə edir.Qısamüddətli tədris istiqamətini seçməmiz gənclərə vaxt itkisinə yol vermədən ,sırf yerli və xarici İT sektoru üçün vacib materialları əhatə etməklə tədrisi mənimsəmələrinə şərait yaradır.
Müddət : 6 ay
Müddət : 4 ay
Müddət : 4 ay
Müddət : 7 ay
Müddət : 6 ay
UI/UX
Müddət : 5 ay
Müddət : 4 ay
Müddət : 7 ay
Müddət : 5 ay
Proqramlaşdırma karyerasına hansı istiqamətdən başlamalı olduğunu bilməyən şəxslər üçün Front-End, Back-End, Database, Mobil kimi istiqamətləri özündə birləşdirən modullar toplusu
Proqram yerli və xarici sektorda real iş mühitində data analizini reallaşdırmaq üçün vacib praktiki ,nəzəri biliklər və real data analizi tapşırıqları toplusundan ibarət olmaqla xarici universitetlərdə çalışan professorların tədris proqramına əsaslanaraq hazırlanmışdır.
Matrix Təlim Mərkəzinin nəzdində fəaliyyət göstərən Karyera Mərkəzi mütəmadi olaraq, tələbələrimizə CV-nin yazılması təkmilləşdirilməsi,uğurlu müsahibə texnikalarından bəhs edən maarifləndirici seminarlar,görüşlər təşkil edir.Bu təlimlər tələbə və məzunlarımızın müraciət etdikləri vakansiya üzrə müsahibələrdə uğurlu bir namizədə çevrilməsini təmin edir.Bu istiqamətdə əldə etdiyimiz ən böyük uğur olaraq ,İT şirkətlərindən birinə proqramlaşdırma istiqamətində müraciət edən 20-dən artıq namizəd arasından seçilən 3 nəfərin Matrix məzunu olmasıdır. Matrix Centerə üzv olan hər bir tələbə Karyera Mərkəzinə qoşulmaq hüququ əldə edir.
Proqramı və Portfolio Tədris proqramları xidmət sahələrimiz üzrə həm yerli ,həm də xarici İT bazarının standart və tələbatına uyğun hazırlanmışdır.Tədris paketlərində Beynəlxalq Sertifikat imtahanlarının metadologiyasının nəzərə alınması,tələbələrə müvafiq istiqamətdə həm də Beynəlxalq Sertifikat imtahanlarının ilkin mərhələsinə hazırlıq imkanı verir.Əsas məqsədimiz dərslərin 70% parktikaya əsaslanmasını təmin etməkdir.Hər bir tədris proqramı üzrə tələbələr ilk aydan başlayaraq ,real tətbiqetmələr,veb səhifələr və s kimi portfolio yığmaq üçün ilk addımı atır və tədris prosesi ərzində hazırladığı layihələri Git ,behance və s kimi hesablara yükləyirlər.
Matrix Təlim Mərkəzi müxtəlif start şəbəkələri,bank sektoru,İT şirkətləri ilə müvafiq istiqamətdə əməkdaşlıq edir.Hər mütəmadi olarq təşkil olunan imtahan mərhələsindən uğurla keçən,produktivliyi ilə seçilən tələbələr tədris periodu ərzində və ya məzun olduqdan sonra partnyor şirkətlərə müvafiq istiqamətdə yönləndirilir. Məzunlar üçün həm təcrübə keçmək,həm də iş imkanı yaradılır.Təcrübəçi kimi qəbul edilən namizədlər,3-6 aylıq təcrübə proqramı ərzində öyrəndiklərini real və böyük layihələrə tətbiq etməklə biliklərini təkmilləşdirir və inkişaf edirlər.Tələbələrin potensialından asılı olarqa həmçinin birbaşa işçi kimi yönləndirilməsi üçün də şərait yaradılır.
4 ildən çoxdur ki , texnologiya və dizayn istiqamətində real mütəxəssislər yetişdiririk. Tədris periodu ərzində tələbələrimiz üçün Karyera mərkəzimizin üzvləri və İnsan Resursları mütəxəssislərinin də iştirakı ilə CV hazırlanması , müsahibə texnikaları ilə bağlı maarifləndirici təlimlər təşkil olunur.
Tədris periodu ərzində fərqlənən tələbələr partnyor şirkətlərə təcrübəçi və ya işçi kimi işə başlamaq imkanı əldə edir . Aşağıdakı siyahıda partnyor şirkətlər də daxil olmaqla məzunlarımızın çalışdığı şirkətlərin bir qismi əks olunmuşdur.